2023-cü ilin yanvar ayənda Azərbaycan $2 milyon 835,71 min məbləğində AI-92 markalı avtomobil benzini ixrac edib.
SOCAR 2023-cü ildə “Avro-5” standartlarına uyğun benzin və dizelin - İSTEHSALINA BAŞLAYACAQ
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövründə benzin ixracının hıcmi 3 min 878,78 ton təşkil edib. Yanacağın bütün həcmi Türkiyəyə ixrac olunub”, - hökumətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə $27 milyon 869,19 min məbləğində 30 min 753,72 ton AI-92 markalı avtomobil benzini ixrac edib (azalma 12,4%).Bu dövrdə yanacağın bütün həcmi BƏƏ-yə ixrac olunub..
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız BNEZ-də istehsal olunur. (İnterfaks-Azərbaycan)