2023-cü il ərzində Heydər Əliyev adına Bakı Neft Zavodunda (BNEZ) “Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlanacaq.
S&P agentliyi SOCAR-ın 2023-2024-cü illər üzrə investisiyaları ilə bağlı gözləntilərini - AÇIQLAYIB
FED.az xəbər verir ki, “2022-ci ilin sonuna olan vəziyyətə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində yeni qurğuların tikintisi 93%, mpvcud qurğuuların modernləşdirilmsi 99% icra olunub. 2023-cü ildə zavodda bu layihə çərçivəsində “Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlamaq planlaşdırılır”, - bu barədə 2022-ci il ərzində Azərbaycan hökumətinin hesabatında deyilir.
2022-ci ildə BNEZ-də 6 milyon 240,3 min ton neft emal olunub, bunun nəticəsində 1 milyon 282,7 min ton avtomobil benzini, 563,7 min ton reaktiv yanacaq, 2 milyon 40,1 min ton dizel yanacağı, 244,8 min ton maye qaz, 342,6 min ton bitum, 12,5 min ton sürtkü yağları, 209,6 min ton koks və digər neft məhsulları əldə olunub.
2022-ci ildə BNEZ-də neft emalının dərinliyi 96,3% təşkil edib.
Ötən il istehsal olunan neft məhsullarının ümumi həcmindən 90%-i daxili bazarda satılıb, 10%-i - ixraca yönəldilib.
2022-ci ildə Azərbaycandan neft məhsullarının ixracından SOCAR şirkətinin gəlirləri $726,4 milyon, daxili bazarda satışından daxilolmalar - 4 milyard 463,2 milyon manat (cari məzənnə ilə $2 milyard 625,4 min). Beləliklə, 2022-ci ildə şirkətin neft məhsullarının satışından gəlirləri $3,35 milyardı keçib (İF-Az).
Xəbər verildiyi kimi, hazırda BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi reallaşdırılır. BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.
Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.
BNEZ SOCAR-ın strukturuna daxildir. (İnterfaks-Azərbaycan)