Magistral neft kəmərləri ilə 3 milyon 209,5 min ton neft nəql edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Nəqletmənin 72,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 319,1 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 faizini və ya 1926,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 392,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib