“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının balansını artıran zaman yaranan «yalançı məbləğlər» məsələsinə aydınlıq gətirib.
Eləcə də bax: Qaz pulunun telefonla ödənişi başlayır - “Azəriqaz”dan açıqlama
FED.az xəbər verir ki, qurumda keçirilən “Açıq qapı” aksiyasında Birliyin “104” Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib.
Şöbə rəisi həmin yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi həmin problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.