NFC təminatı olan telefonlar vasitəsilə “Gallus Pay” sayğaclarına onlayn ödəniş etmək mümkün olacaq.
FED.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib.
Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “eManat” terminallarında mümkün olacağını qeyd edib. “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli “Zenner” tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”, – deyə şöbə rəisi bildirib.