Azərbaycandan bu ilin yanvar ayında Çexiyaya 82 min 404 ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Çexiyaya ixrac edilmiş neftin dəyəri isə 38,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 282,3 min ton (4,4 dəfə), dəyərində isə 163,8 milyon dollar (5,3 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Çexiyaya 202,3 milyon dollar dəyərində 364,7 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Çexiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 793 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 150 manat (15,9%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 943 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Çexiya 2026-cı ildə 6-cı, 2025-ci ildə isə 3-cü yerdə olub.










