Azərbaycandan ötən il Xorvatiyaya 1 milyon 436,1 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Xorvatiyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 873,4 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 461 min ton (47,3%), dəyərində isə 283 milyon dollar (47,9%) artım baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Xorvatiyaya 590,4 milyon dollar dəyərində 975,2 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Xorvatiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 034 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 5 manat (0,4%) çoxdur.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Xorvatiyaya 2024-cü ildə 3-cü, 2023-cü ildə isə 8-ci yerdə olub.