Azərbaycandan ötən il Çexiyaya 1 milyon 770,2 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Çexiyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 1 milyard 81,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 634,3 min ton (55,8%), dəyərində isə 399 milyon dollar (58,4%) artım baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Çexiyaya 682,9 milyon dollar dəyərində 1 milyon 136 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Çexiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 039 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 17 manat (1,7%) çoxdur.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Çexiyaya 2024-cü ildə 2-ci, 2023-cü ildə isə 6-cə yerdə olub.