Ukraynanın Xerson vilayət administrasiyası ilə Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi “SOCAR Energy Ukraine” arasında Anlaşma memorandumu imzalanıb.
Eləcə də bax: “SOCAR Petroleum” taksilərdə qaz avadanlığı - QURAŞDIRMAĞA BAŞLAYIB
FED.az "trend"ə istinadən xəbər verir ki, sənəd Bakıda Azərbaycan-Ukrayna biznes forumu çərçivəsində imzalanıb.
Memorandumu Xerson vilayət administrasiyasının sədri Yuri Qusev və “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov imzalayıb.
Memorandum imzalandıqdan sonra Y.Qusev azərbaycanlı sahibkarları Xerson vilayətinə investisiya qoymağa dəvət edib.