“Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) cəmi 1 nəfər əcnəbi vətəndaş çalışır”.
Eləcə də bax: SOCAR-ın 15 min işçisi evdən işləyir - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bu əməkdaş da SOCAR-ın Neft Emalı Zavodunun yenidən qurulması layihəsində şirkətin prezidentinin müşaviridir: “Onun da maaşı heç də qat-qat artıq deyil. O, SOCAR-dakı əmək haqqına uyğun maaş alır. Bəzən mətbuatdan oxuyuram ki, guya SOCAR-da çalışan əcnəbilər yerli əməkdaşlardan çox əmək haqqı alırlar. Azərbaycandakı beynəlxalq neft şirkətlərində çalışan əcnəbi vətəndaşlarla yerli mütəxəssislərin aldıqları əmək haqqı arasında fərq var. O cümlədən Azərbaycandan Azərbaycandan kənarda fəaliyyət göstərən vətəndaşlarımız həmin şirkətlərdə əcnəbi vətəndaşlardan daha çox maaş alırlar. Bu, beynəlxalq transmilli neft şirkətlərində qəbul olunmuş bir qaydadır və bütün dünyada mövcuddur. Bunun üçün də ölkəmizdə çalışan xarici şirkətlərin əcnəbi vətəndaşlarının maaşları yerli işçilərdən çoxdur”.
Vitse-prezident xatırladıb ki, bu gün dünyanın ən iri neft şirkəti olan BP-də iki azərbaycanlı əməkdaş çalışır: “Orada Azərbaycandan gedən yoldaşlar rəhbərlik edir. Bu günə qədər bir çox azərbaycanlı da BP-nin qlobal ofisində strateji vəzifələrdə çalışırlar. Onlar hətta oradakı vətəndaşlardan çox əməkhaqqı alırlar. Çünki bu şirkətlərin standartı belədir”. (Report)