“Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər”.
Eləcə də bax: Almaniya "Simal axini-2" layihəsinə - "STOP" QOYUR
FED.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek yerli radio kanallaırndan birinə müsahibəsində bildirib.
O, aparıcının “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Bəli, bu mümkündür”.
R.Xabek qeyd edib ki, Almaniyanın Rusiyadan başqa yerlərdən təbii qaz və xammal idxal etmək imkanları var: “Bunu gücləndirmək lazımdır”.
Xatırladaq ki, fevralın 22-də Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda başçılıq etdiyi hökumətin Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırdığını bildirmişdi. (Report)