Ukraynanın Energetika Nazirliyi hərbi əməliyyatlarla əlaqədar olaraq ölkənin gömrük ərazisindən qazın ixracına müvəqqəti qadağa qoyub.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” və “Ukrtransqaz” (yeraltı qaz anbarlarının operatoru) şirkətləri məlumat verib.
“Ukraynanın Energetika Nazirliyi bazar iştirakçılarına təbii qazın ölkəmizin gömrük ərazisindən ixracına qadağa qoyub. Bu, Ukraynanın yeraltı qaz anbarlarında “gömrük anbarı” rejimində saxlanılan qaza da aiddir. Məhdudiyyət Energetika Nazirliyinin 3 mart tarixli qərarı ilə Ukrayna ərazisində hərbi əməliyyatların aparılması ilə əlaqədar tətbiq edilib”, – mesajda bildirilib.
Ukraynanın yeraltı qaz ehtiyatları son dərəcə aşağı səviyyədədir. “Qazprom”un martın 1-i verdiyi məlumata görə, Ukraynanın obyektlərində qaz ehtiyatları 10.2 milyard kubmetrə qədər azalıb. Bu, ötən illə müqayisədə 44.1% (8.1 milyard kubmetr), 2021-ci ilin apreli ilə müqayisədə isə 5.1 milyard kubmetr azdır.