Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi müvəqqəti olaraq dayanıb.
Türkmənistan Azərbaycana ildə 3 milyard kubmetr qaz - TƏDARÜK EDİR
FED.az xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkəti məlumat yayıb.
Bildirilib ki, hazırda Türkmənistan və Azərbaycan arasında qaz svopunun yenidən bərpa olunması haqda müzakirə aparılır.
Əlavə edək ki, 2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən ildə, 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 2022-ci il 1 yanvardan başlanıb.
Ötən İran ilində (21 mart 2022 – 20 mart 2023) orta hesabla gündəlik 4,5 milyon kubmetr Türkmənistan qazı İran üzərindən Azərbaycana svop edilib.
İran tərəfinin yaydığı məlumata görə, 21 mart 2023-dən avqust ayınadək qaz svopu gündəlik 10 milyon kubmetrə yüksəlib.
Bildirək ki, Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində şimal-qərbdə həmin ölçüdə qaz Azərbaycana təhvil verilir. İran qaz svopu ilə ölkənin şimal və şimal-şərqində əsasən qış fəslində qaz çatışmazlığını aradan qaldırmağa çalışır. (Trend)