Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə Qaraqum səhrasında yanan qaz kraterini söndürməyi tapşırıb.
Eləcə də bax: Azərbaycan, Türkmənistan və İran - QAZ MÜBADİLƏSİNƏ BAŞLAYIR - İMZALANMA
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı qeyd edib ki, artıq uzun illərdir bu ərazidə külli miqdarda dəyərli qaz yanır. Bundan əlavə, bu, ekologiyaya və yaxınlıqda yaşayan insanların səhhətinə mənfi təsir göstərir.
Qeyd edək ki, Qaraqum səhrasındakı sözügedən qaz krateri xalq arasında “cəhənnəm qapıları” adlandırılır. O, Aşqabad şəhərindən 260 kilometr aralıqda yerləşir və artıq alim və turistlərin diqqətini cəlb edən bir yerə çevrilib.
“Cəhənnəm qapıları”nın diametri 60 metrə, dərinliyi isə 20 metrə yaxındır.