Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.
FED.az xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
Xatırladaq ki, noyabrın 24-də İranın neft naziri Cavad Övci bəyan etmişdi ki, yaxın günlərdə Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsinə dair sənəd imzalanacaq.