Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilmiş səyahət məhdudiyyəti bütün dünyada olduğu kimi Türkiyədə də reaktiv yanacağa tələbatı 0-a endirib.
Eləcə də bax: SOCAR-ın ən diribaş şirkəti pandemiyaya baxmayaraq - $250 Milyon Kredit Qaytarıb
FED.az xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov “Anadolu” agentliyinə bildirib.
Onun sözlərinə görə, STAR neft emalı zavoduntexnoloji avadanlığı sayəsində reaktiv yanacaq istehsalını 100% dizel yanacağı istehsalına çevirib: “Bu dəyişikliyin sayəsində illik 4,6 milyon ton dizel yanacağı istehsalımızı 6 milyon tona çatdırdıq. Beləliklə, Türkiyənin dizelə olan tələbatının 25%-ni STAR qarşıladı. Keçən il istehsalımızı artırdıq və ümumi neft emalı zavodunda istehsalı 10,5 milyon tona çatdırq. Bu il 11 milyon ton həcmində istehsal hədəfləyirik".
A.Məmmədov neft-kimya kompleksi tərəfindən tədarük zəncirində bəzi fasilələrin olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, “Petkim”in bütün xammal ehtiyaclarının STAR neft email zavodu ilə təmin ediltməsi sayəsində istehsalı fasiləsiz davam etdirə biliblər.
Pandemiya dövründə neft-kimya məhsullarına tələbatın artdığını dilə gətirən A. Məmmədov deyib ki, "Petkim”dəki bəzi məhsullar tibbi avadanlıqların istehsalında istifadə edildiyi üçün tələbdə də artım müşahidə edilib: “Pandemiya ilə birlikdə termoplastik məhsullara olan tələbatda 17 % artım olduğunu müşahidə etdik. Bu dövrdə daxili bazarın ehtiyaclarını ödəmək üçün çox çalışdıq. Hər il ixrac çempionu oluruq. “Petkim” daxili bazara yönəlməyimiz sayəsində ötən il II yerə düşüb”. (Report)