Türkiyənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 mlrd. barel səviyyəsində qiymətləndirilir.
Türkiyədə gündəlik hasilat gücü - 100 min barel olan – YENİ NEFT YATAĞI TAPILIB
FED.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalının efirində Türkiyənin mill neft şirkətinin (TPAO) rəhbəri Melih Xan Bilgin bildirib.
Onun sözlərinə görə, kəşf olunan yatağın ehtiyatlarının dəyəri 0-80 mlrd. dollar civarında qiymətləndirilir, bu da Türkiyə iqtisadiyyatına ildə 3-3,5 mlrd. dollar töhfə deməkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən çərşənbə axşamı Şirnak vilayətinin Qabar dağ silsiləsi bölgəsində neft yatağının aşkar edildiyini açıqlayıb. Onun sözlərinə görə, yüksək keyfiyyətli neft 2,6 km dərinlikdə aşkar edilib, yatağın gündəlik hasilat gücü 100 min bareldir. (Apa)