Türkiyədə tapılan yeni neft yatağı sutkada 100 min barel neft təmin etməyə qadirdir. Nəticədə ölkə neftə olan gündəlik təəbatının 10%-ni özü ödəyəcək.
Türkiyədə prezident seçkisi - Sorğu: Ərdoğan 54%, Kilicdaroglu 48%
FED.az xəbər verirki, bu barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kılıçarslan Meydanında keçirilən Karapınar Günəş Elektrik Stansiyası, Bozkır Anbarı, Əbdülhamit Han küçəsi və tamamlanmış digər layihələrin Kollektiv Açılış Mərasimində açıqlayıb.
Seçki qabağı rəqiblərinə işarə edən dövlət başçısı «Hər seçki öncəsi qaz tapdıqları yalanını Qara dəniz qazı ilə yox etdiyimiz kimi, enerji hamlelerimize böhtan atanları yeni müjdələrlə məyus etməyə davam edəcəyik” deyib.
Neft quyularının qazılmasında müsbət nəticələr əldə etdiklərini bildirən Ərdoğan, “Qabarda gündəlik 100 min barel hasilat gücünə malik neft tapdıq”- bildirib.
Dövlət başçısı xatırladıb ki, indiyədək Türkiyə sutkada cəmi 80 min barel neft hasil edə bilirdi. «5-6 il əvvəl təqribən 40 min barel olan ölkəmizin gündəlik hasilatı iki dəfə artaraq sutkada 80 min barrelə çatıb. İndi isə sizinlə yeni bir şad xəbəri bölüşmək istəyirəm. Cudi Qabarda sutkada 100 barel hasilat gücündə neft tapdıq».
Artıq 2 min 600 metr dərinlikdə tapılan neft emal üçün neft emalı zavodlarına göndərilməyə başlanıb.
«Bu neft yatağı gündəlik ehtiyacımızın 10-da birini ödəyəcək, 180 min barel neft hasilatı ilə enerji müstəqilliyinə doğru yeni addım atırıq»-deyə Ərdoğan bildirib.