Türkiyədə gənclərə faizsiz kredit veriləcək.
Türkiyədə 25 kubmetrə qədər qaz əhaliyə - ÖDƏNİŞSİZ VERİLƏCƏK
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Qara dəniz qazı 500 milyard dollardan 1 trilyon dollara qədər olan ehtiyat həcmi ilə ölkəmizin son dövründə ən böyük qazanclarından biridir. Bu qazın satışından əldə olunan vəsaitin bir hissəsini yaradacağımız "Ailə və Gənclər Bankı"na köçürəcəyik. Bu resursla biz ailə institutumuzu gücləndirmək və gənclərimizi təhsildən tutmuş evliliyə qədər həyatının hər mərhələsində dəstəkləmək üçün səyləri maliyyələşdirəcəyik. Məsələn, faizsiz kredit dəstəyi verməklə öz biznesini quran gənc sahibkarlarımızın yanında olacağıq”,- Ərdoğan deyib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Prezident Ankarada gənclərlə görüşüb. (Marja)