Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.
Bu gün Türkiyə üçün tarixi gündür - İlk dəfə quruya çatacaq və yanacaq
FED.az xəbər verir ki, TurkicWorld-un məlumatına görə, beləliklə Türkiyə dövləti hər evin 130 lirəlik təbii qaz ehtiyacını qarşılayacaq.
Məlumata əsasən, 2026-cı ilə qədər daha 299 yaşayış məntəqəsinə təbii qazın verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasiminin keçiriləcəyi gözlənilir.
Aprelin 19-da Türkiyənin Qaradəniz təbii qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.
Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. (Trend)