Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi ilə əlaqədar ölkədə noyabrın 25-dən etibarən avtomobil benzininin və dizelin qiymətində artımlar tətbiq oluna bilər.
Eləcə də bax: "Mərkəzi Bank faiz artırana qədər dollar 14 lirə olacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, lirənin zəifləməsi nəticəsində 1 litr benzinin qiyməti 1,01 lirə (0,07 dollar) artaraq 9,66 lirəyə (0,74 dollar), 1 litr dizel yanacağının qiyməti isə 1,05 lirə (0,08 dollar) artaraq 9,77 lirə 0,75 dollar təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, ilin əvvəlindən lirə dollara qarşı 70% ucuzlaşıb.
Xatırladaq ki, Türkiyə lirəsi Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 10,4% azalaraq 0,1334 manata enib. Lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7%, ilin əvvəlindən isə 41,8% azalıb. Hazırda 1 manat 7,496 lirəyə bərabərdir.