"Kalyon Energy"nin 1360 meqavat gücündə Karapınar Günəş Elektrik Stansiyasının (GES) açılış mərasimi keçirilib. Karapınar GES böyüklüyünə görə Avropada birinci, dünyada isə beşinci yerdədir.
Türkiyədə yeni neft yatağının ehtiyatları 1 mlrd. barel səviyyəsindədir
FED.az xəbər verir ki, Karapınar GES iqlim dəyişikliyi, əkinçilik və düzgün olmayan suvarma nəticəsində səhraya çevrilən Konya Acıgöl hövzəsi kimi tanınan ərazidə qurulub. 20 milyon kvadratmetr ərazidə 3 milyon 256 min 38 günəş paneli yerləşdirilib.
Karapınar GES nə qədər elektrik istehsal edəcək?
1360 meqavat gücündə olacaq elektrik stansiyası ildə 3 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. O iki milyon insanın illik məişət elektrik enerjisinə ehtiyacını ödəyəcək. Hər il 2 milyon ton qalıq yanacaq və karbon emissiyasının qarşısı alınacaq. (Trend)