“Bloomberg News” Türkiyənin Qara dənizdə böyük bir enerji qaynağı kəşf etdiyini açıqlayıb.
Eləcə də bax: "Gazprom”un təbii qaz ixracından gəliri - 51% AZALIB
FED.az xəbər verir ki, bir müddətdir Qara dənizdə aparılan təbii qaz kəşfiyyat işlərinin müsbət nəticələndiyini bildirilib. “Bloomberg News” sözügedən yataqda təbii qaz olduğunu iddia edib.
“Bloomberg” 2 yataq olduğunu desə də, qaynaqların adı açıqlamayıb.
Qeyd edək ki, bu xəbər Rəcəb Tayyib Ərdoğanın "Cümə günü yaxşı bir xəbər verəcəyi" açıqlamasından sonra yayılıb. Ancaq məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.
Ərdoğan bu gün verdiyi açıqlamada "Cümə günü yeni bir xəbəri ictimaiyyətlə paylaşacağıq" deyib. Müjdənin nə olacağı ilə bağlı açıqlama verməyən Prezident Şərq Aralıq dənizində axtarış işlərinin davam etdiriləcəyini söyləyib.
Xatırladaq ki, Türkiyə 2017-ci ildən bu yana Qara dənizdə Türkiyə Neft Şirkəti ortaqlığı ilə "Barbaros Hayrettin Paşa" enerji qaynaqları seysmik kəşfiyyat gəmisi ilə kəşfiyyat işlərini davam etdirir.