Bu ilin I yarımilində Rusiyanın enerji şirkəti “Gazprom”un təbii qaz ixracından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 51,2% azalaraq 11,3 milyard ABŞ dollara enib.
Eləcə də bax: "Qazprom" Rusiya istehlakçılarına qaz tədarükünü - AZALDACAQ
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında bildirilib.
Məlumata görə, yanvar-iyun aylarında “Gazprom”un boru kəmərləri ilə təbii qaz ixracının həcmi 17,8% azalaraq 91,1 milyard kubmetrə düşüb. Bundan başqa, şirkətin min kubmetr təbii qazın ixrac qiyməti iyun ayında may ayı ilə müqayisədə 13% azalaraq 82 ABŞ dollara enib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal təbii qaza olan tələbin 4% azalaraq rekord səviyyəyə enməsini proqnozlaşdırır.
Xatırladaq ki, 2019-cu ildə “Gazprom”un xalis mənfəəti 2018-ci illə müqayisədə 17% azalaraq 1,2 trilyon rubla (təxminən 16,3 milyard ABŞ dollara) enib. (Report)