Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı qurulmasına dair təklifinə cavab verib.
Eləcə də bax: Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı - TƏKLİF EDİB
FED.az xəbər verir ki, nazir bildirib ki, təbii qaz qovşağı texniki cəhətdən mümkündür.
Qeyd edək ki, Putin Türkiyədə Avropa üçün təbii qaz qovşağı qura biləcəklərinə dair təklif irəli sürüb. Onun sözlərinə görə, Rusiya Türkiyədə ən böyük qaz qovşağı yaradaraq “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya bilər. (Apa)