Bu ilin yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 1 543,84 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 26% azdır.
Eləcə də bax: Bolqarıstan Azərbaycandan IGB vasitəsilə təbii qaz idxalına - BAŞLAYACAQ
FED.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 2 085,39 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz - red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz - red.) sonra üçüncü yerdə qərarlaşıb.
Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb. (Apa)