Energetika

Təcili: Azərbaycan qazının Avropaya yolu hazırdır - Kəmər Birləşdirildi

Təcili: Azərbaycan qazının Avropaya yolu hazırdır - Kəmər Birləşdirildi | FED.az
11:27 29 İyul 2020

Xəzərin Azərbaycan sektorundan hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb.

Eləcə də bax: SOCAR: Azərbaycan neft və qazının Avropa bazarına daşınmasına - TƏHLÜKƏ YARANIB

FED.az xəbər verir ki, bu barədə TAP konsorsiumunun açıqlamasında bildirilir.

Məlumata görə, bununla da Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə İtaliyadakı qəbul terminalı arasındakı 878 kilometrlik hissə birləşdirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33%-i, Yunanıstanın 20%-i, İtaliyanın isə 10,5%-ə qədəri ödəniləcək.

Digər xəbərlər