Dünyada təbii qaza olan tələbatın artmasından və təklifin azalmasından dolayı “mavi yanacağın” qiyməti min kubmetr üçün 3 min ABŞ dolları həddinə çata bilər.
Eləcə də bax: Putin qiymət 840% artdıqdan sonra Avropaya - Qaz İxracını Artırmağı Tapşırdı
FED.az xəbər verir ki, bunu qlobal neft bazarı üzrə mütəxəssis, Avropanın aparıcı biznes məktəbi “ESCP Eupore”in professoru Mamdux Hasan Salama deyib.
“Xüsusən Asiya-Sakit okean regionunda təbii qaza və sıxılmış təbii qaza (CNG) yüksək dərəcədə tələbin olması, həmçinin bütün dünya üzrə təklif çatışmazlığı həmin yanacaqların qiymətini yeni rekord həddlərə istiqamətləndirir. Vəziyyətin qeyri-sabit olması səbəbilə qiymətlərin maksimal həddini müəyyən etmək çox çətindir. Bu səbəbdən də təbii qazın qiymətləri min kubmetr üçün hətta 3 min ABŞ dollarına çata bilər. Qışın sərt keçəcəyi təqdirdə CNG-nin qiymətləri isə hətta 3,6 min ABŞ dollarına kimi arta bilər”, - ekspert qeyd edib.
Xatırladaq ki, bu gün ticarət gedişatında Avropada təbii qazın fyuçers qiyməti 24 % ucuzlaşaraq min kubmetr üçün 981,1 ABŞ dolları olub. Dünən isə təbii qazın qiyməti tarixi maksimumu yeniləyərək min kubmetr üçün 1 937 ABŞ dollarına çatdı. (Report)