2023-cü ildə Azərbaycanda təbii qaz istehlakı 40,4 milyon m3 və ya 1% azalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamlara istinadən verir.
Məlumata görə, istehlak səviyyəsi Xaçmazda 4 milyon m3 və ya 5,6%, Qubada 2,8 milyon m3 (4,5%), Abşeron rayonunda isə 8,6 milyon m3 (3%) artıb.
Hesabat dövründə istehlak Salyanda 4,1 milyon m3 (9,5%), Füzulidə 2,1 milyon m3 (8,8%), Biləsuvarda 1,8 milyon m3 (6,4%) azalıb.
Göstəriclərdə 57 rayon üzrə 11 rayonda artım, 44 rayonda azalma olub, 2 rayonda isə dəyişiklik qedə alınmayıb.