Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu kəmərin əməliyyat fəaliyyəti, o cümlədən kompressor stansiyalarının doldurulması üçün zəruri olan qazın satın alınması ilə bağlı tender elan edəcək.
Eləcə də bax: TAP kəməri ilə qazın nəqli - Kəskin Artıb
FED.az xəbər verir ki, bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verilir.
Tender prosesi 2021-ci oktyabrın 1-dən 2022-ci il sentyabrın 30-dək tədarük müddətini əhatə edir.
Tədarük məntəqələri İtaliyanın Melendunyo qəsəbəsində birləşmə nöqtəsi, "Snam Rete Qas" qaz verilişi məntəqəsi, Yunanıstanın Nea Mesimvriya şəhərindəki birləşmə nöqtəsi və virtual TAP (VTP) satış nöqtəsidir.
Tenderə dəvət tender prosesi müddətində açıqlanacaq.
Qeyd edək ki, 2020-ci il dekabrın 21-dən TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb. (Trend)