Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa yarımadasında inşa etdiyi STAR Neft Emalı Zavodunda (NEZ) istehsal edilən neft məhsulları Türkiyənin tələbatının təxminən 25 %-ni ödəyir.
Anar Məmmədov: “Türkiyənin ehtiyaclarını ödəmək üçün daha 8 “Petkim" lazımdır”
FED.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə’’nin Baş direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, ötən il STAR NEZ-in istehsal gücündən istifadə göstəricisi 113 %-ə çatıb: “Bu gün STAR zavodu 11 milyon ton xam neft və emal məhsulları istehsal edir. Bu, Türkiyənin neft məhsullarına olan ehtiyacının təxminən 25 %-ni qarşılayır”.
E. İbadovun fikrincə, təbii ki, bu kifayət deyil: “Amma biz bazarın xarici asılılığını əhəmiyyətli dərəcədə azaltdığımız üçün Türkiyənin cari hesab kəsirinə hər il 1 milyard ABŞ dollarına yaxın töhfə verməkdən qürur duyuruq”.
E.İbadov vurğulayıb ki, neft emalı zavodlarının standart tutumdan istifadə nisbəti var: “Lakin effektiv planlaşdırma, dəyər yaratma təşəbbüsləri və yüksək səviyyəli mühəndislik həlləri ilə heç bir əlavə sərmayə qoymadan zavodun gücündən artıq məhsul istehsal etmək olar. Məsələn, 10 milyon ton standart gücümüz var, amma biz 11,3 milyon ton istehsal edə bilmişik ki, bu da 113 % gücün istifadə göstəricisidir”. (Report)