Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında 590 643 ton dizel yanacağı istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 574 577 ton olub.
"AÇG"dən SOCAR-a səmt qazının - TƏDARÜKÜ AZALIB
FED.az Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin may ayında NEZ-də dizel yanacağı istehsalı illik hesablamada 2,8 faiz artıb.
SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.
Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb.
STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir. (Trend)