2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR) üçün gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı tədarük olunub.
bp-Azərbaycan-dan Biznes əməliyyatları - HESABATI
FED.az bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.
Səmt qazı əsasən Səngəçal terminalına, həmçinin, SOCAR-ın həmçinin “Neft Daşları”ndakı obyektinə tədarük olunub.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
2022-ci ilin birinci yarısında isə səmt qazının tədarük həcmi gündə orta hesabla 9 milyon kubmetr olub. Beləliklə, AÇG-dən səmt qazının tədarükü illik hesablamada 33,3 faiz azalıb.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında AÇG-dən sümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.
"2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub", - bp şirkətinin məlumatında deyilir.
İkinci rübün sonunda 137 neft quyusu istismar olunub, bunlardan 44-ü su buraxma 7-si isə qaz vurma üçün istifadə olunub.
2023-cü ilin birinci yarısında AÇG 3 neft hasilatı və 4 injektor quyusunun tikintisini başa çatdırıb.
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).