Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin noyabrında 875 584 ton xam neft idxal olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz çoxdur. 2020-ci ilin noyabrında zavod 683 452 ton neft idxal etmişdi.
Eləcə də bax: STAR NEZ - in ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı - GÖZLƏNİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) bildirir.
Hesabatda qeyd olunur ki, STAR noyabr ayında 37 905 ton aviasiya yanacağı, 556 863 ton benzin, 24 687 ton mayeləşdirilmiş neft qazı, 142 039 ton nafta, 87 706 ton neft koksu, 4 856 ton 95 oktanlı etilləşdirilməmiş benzin, 29 832 ton qaz, 9 182 ton yüksək kükürd tərkibli dizel yanacağı, 1 452 ton ağır vakuum qazoylu və 114 111 ton digər məhsul istehsal edib.