2023-cü ilin iyul ayında Azərbaycanda gündəlik 500 min barel neft hasil olunub.
OPEC Azərbaycanın neft ehtiyatlarının həcmini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalında bildirilir.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın iyul ayı üçün gündəlik xam neft hasilatı üzrə kvotası 684 min barel təşkil edib.
Beləliklə, Azərbaycan iyulda OPEC+ kvotasından 184 min barel geri qalıb.
Azərbaycan Energetika Nazirliyi 2023-cü ilin iyul ayında ölkədə neft hasilatı ilə bağlı məlumatı hələ təqdim etməyib. (İnterfaks-Azərbaycan)