2022-ci ildə Azərbaycanın sübut olunmuş neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir.
OPEC Azərbaycana təşkilata üzv olmağı - TƏKLİF ETDİ
FED.az OPEC-in məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ildə dünyada ümumi neft ehtiyatları 2021-ci ildəki 1,547 trilyon barellə müqayisədə 2022-ci ildə 1,564 trilyon barel olub ki, bu da 1,1 faiz artım deməkdir.
Ötən il kartelin neft ehtiyatları isə, 1,243 trilyon barel olub ki, bu da 2021-ci ildəki 1,242 trilyon bareldən bir qədər yuxarıdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 7,8 milyard ABŞ dolları dəyərində 12,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan neftinin ən böyük üç idxalçısı İtaliya (3 milyard dollar dəyərində 4,9 milyon ton), İspaniya (644,6 milyon dollar dəyərində 1 milyon ton) və İsrail (631,3 milyon dollar dəyərində 1 milyon ton) olub.
Azərbaycanda neft hasilatının 65 faizindən çoxu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). (Trend)