2021-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3% - 1 milyard 603,6 milyon manata qədər ($943,3 milyon) artıb.
Eləcə də bax: Azərbaycan qaz ixracını - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 34,3% - 176,7 min tona qədər, dizel yanacağı istehsalında 9,2% - 1 milyon 16,6 min tona qədər, sürtkü yağı istehsalında 1,8 dəfə – 20,5 min tona qədər, neft koksu istehsalında 10,5% - 116,1 min tona qədər artım qeydə alınıb.
Yanvar-may aylarında 478,7 min ton (azalma 5,4%) avtomobil benzini, 189,5 min ton (azalma 13,8%) təyyarə yanacağı, 24,4 min ton (azalma 36,6%) soba mazutu, 92,2 min ton (azalma 7,7%) neft bitumu istehsal edilib.
2021-ci il iyunun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 76,6 min ton avtomobil benzini, 1,4 min ton nafta, 37,1 min ton təyyarə yanacağı, 93,7 min ton dizel yanacağı, 12,6 min ton soba mazutu, 5 min ton sürtkü yağı, 4,9 min ton neft bitumu, 14,98 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir. (İnterfaks)