Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata görə, bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min dollar dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır. (Apa)