Dövlət Neft Şirkətinin (SOCAR) Avropanın ən böyük enerji şirkətlərindən biri - CEZ-lə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb - FOTOLAR
FED.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, bu gün şirkətin prezidenti Rövşən Nəcəf Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Görüş çərçivəsində Çexiyanın xam neft və neft-kimiya məhsulları ilə təchiz olunmasında SOCAR-ın artan rolundan bəhs edilib, Avropanın enerji təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsinə çevrilən Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb, bu xüsusda Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.
Görüşdə, həmçinin SOCAR-la CEZ arasında təbii qaz təchizatı, maye təbii qaz (LNG) ticarəti, təcrübə mübadilələrinin aparılması ətrafında fikir mübadiləsi aparılıb.