Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb.
SOCAR-ın prezidenti bir neçə xarici neft-qaz şirkətinin rəhbərlərilə görüşüb
FED.az xəbər verir ki, imzalanma SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə baş tutub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib.
Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.
Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qaşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.