Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner

Energetika

  1. Ana səhifə
  2. Energetika
  1. Energetika

SOCAR-ın prezidenti bir neçə xarici neft-qaz şirkətinin rəhbərlərilə görüşüb

SOCAR-ın prezidenti bir neçə xarici neft-qaz şirkətinin rəhbərlərilə görüşüb | FED.az
09:02 1 İyun 2023

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb  

SOCAR-ın prezidenti “Boston Consulting Group”un direktoru ilə görüşüb - FOTOLAR

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

FED.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. 

Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib.

Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. 

Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması  və qaşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb. 

SOCAR-ın prezidenti Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru ilə görüşüb

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının ixrac həcmlərinin artırılması baxımından dəhlizin genişləndirilməsinin vacib olduğu bir daha qeyd edilib. 

Bu xüsusda, 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının, habelə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, SOCAR ilə “Romgaz S.A.” arasında qaz tədarükünə dair müqavilənin, “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun və perspektivdə nəzərdə tutulan digər layihələrin əhəmiyyəti vurğulanıb. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğrundan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyen ilə görüşüb

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb.

Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb 

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Görüşdə SOCAR ilə bp arasında  qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib. 

Görüş çərçivəsində mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Banner
Banner
  • Baxodirjon Sidiqov
  • SOCAR
  • prezident
  • neft-qaz şirkəti
  • Rövşən Nəcəf
  • Uzbekneftegaz
Paylaş

Digər xəbərlər

“Brent” nefti cüzi ucuzlaşıb, WTI isə bahalaşıb - SON QİYMƏT
Energetika 23 Sen 2023
“Brent” nefti cüzi ucuzlaşıb, WTI isə bahalaşıb - SON QİYMƏT
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Energetika 23 Sen 2023
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Neft bahalaşıb - SON QİYMƏT
Energetika 22 Sen 2023
Neft bahalaşıb - SON QİYMƏT
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Energetika 22 Sen 2023
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
bp Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə - YENİ SAZİŞ İMZALAYIB
Energetika 21 Sen 2023
bp Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə - YENİ SAZİŞ İMZALAYIB
Neft ucuzlaşıb - SON QİYMƏT
Energetika 21 Sen 2023
Neft ucuzlaşıb - SON QİYMƏT
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Energetika 21 Sen 2023
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
Energetika 21 Sen 2023
SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
SOCAR və Azərbaycan İnvestisiya Şirkəti “Şəfəq” layihəsinə daxil olmaq niyyətindədir - SAZİŞ İMZALANDI
Energetika 20 Sen 2023
SOCAR və Azərbaycan İnvestisiya Şirkəti “Şəfəq” layihəsinə daxil olmaq niyyətindədir - SAZİŞ İMZALANDI
İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini - QƏBUL ETDİ
Energetika 20 Sen 2023
İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini - QƏBUL ETDİ
İlham Əliyev BP şirkətinin sədrini - QƏBUL EDİB
Energetika 20 Sen 2023
İlham Əliyev BP şirkətinin sədrini - QƏBUL EDİB
Avropada qaz 8%-dən çox bahalaşıb - SON QİYMƏT
Energetika 20 Sen 2023
Avropada qaz 8%-dən çox bahalaşıb - SON QİYMƏT
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • KOBİA Avstraliyada çalışan Azərbaycan iş adamlarına dəstək olmağa hazırdı - FOTOLAR
    14:08 23 Sen 2023
  • İkiqat ƏDV geri al, 7000 AZN-dək nağdlaşma pulsuz, 10%-dək keşbek - ABB-dən yeni Tam DigiCard!
    14:05 23 Sen 2023
  • "Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir"
    14:01 23 Sen 2023
  • Fərdi sahibkar bank hesabı açmaq üçün - NƏ ETMƏLİDİR?
    13:53 23 Sen 2023
  • AFB Bank-dan mövsümün təklifi: KOMİSSİYASIZ KREDİT, MİNİMAL FAİZ, 48 AYA ÖDƏMƏK İMKANI
    13:49 23 Sen 2023
  • AccessBank-la - 10.7%-DƏK QAZANMAQ İMKANI
    13:37 23 Sen 2023
  • Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - SİYAHI
    13:33 23 Sen 2023
  • Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı - TƏXİRƏ SALINDI
    13:29 23 Sen 2023
  • Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinləri - GİROV GÖTÜRÜB
    13:25 23 Sen 2023
  • Azər Türk Bankdan - E-POS VİRTUAL ÖDƏNİŞ QƏBULU TERMİNALI
    13:21 23 Sen 2023
  • Prezident Administrasiyası Qarabağdakı - SON VƏZİYYƏTİ AÇIQLADI
    13:15 23 Sen 2023
  • Məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür - NAZİRLİK AÇIQLADI
    13:09 23 Sen 2023
  • Qarabağdakı ermənilər silahlarını təhvil verir - FOTOLAR - VİDEO
    12:56 23 Sen 2023
  • Azərbaycanda kolbasa istehsalı - 9%-DƏN ÇOX ARTIB
    12:48 23 Sen 2023
  • Yağış yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:17 23 Sen 2023
  • İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər - SAXLANILDILAR - FOTO
    12:09 23 Sen 2023
  • “AzSığorta”nın yığımları - 29% AZALIB
    12:06 23 Sen 2023
  • “Bakı Sığorta”nın yığımları - 13% AZALIB
    12:03 23 Sen 2023
  • Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
    11:58 23 Sen 2023
  • Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin - SAYI AÇIQLANDI
    11:45 23 Sen 2023
  • Azərbaycan əhalisinin - VERGİ YÜKÜ AZALDILACAQ - VİDEO
    11:41 23 Sen 2023
  • Özəlləşdirmə və icarədən dövlət büdcəsinə - 111 MİLYON MANAT DAXİL OLUB
    11:35 23 Sen 2023
  • Qarabağdakı qeyri-qanuni erməni silahlıları 6 ədəd zirehli texnika və 800 ədəddən çox atıcı silah - TƏHVİL VERİB
    11:18 23 Sen 2023
  • Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb - FOTOLAR
    11:09 23 Sen 2023
  • 8 ayda Azərbaycanda sığortaçıların sığorta haqları 29%, ödənişləri - 22% ARTIB
    11:03 23 Sen 2023
  • Azərbaycana - PAYIZ GƏLİB
    10:56 23 Sen 2023
  • “Brent” nefti cüzi ucuzlaşıb, WTI isə bahalaşıb - SON QİYMƏT
    10:54 23 Sen 2023
  • Azərbaycanın yardımı Qarabağ ermənilərinə belə çatdırıldı - VİDEO
    10:50 23 Sen 2023
  • Dövlət xətti ilə - 3951 MƏNZİL KİRAYƏ VERİLİB
    10:44 23 Sen 2023
  • İpoteka Fondunun xətti ilə 46 963 - İPOTEKA KREDİTİ VERİLİB
    10:39 23 Sen 2023
  • Ağdərədən çıxan ermənilər yolu minalayıb - FOTO
    10:31 23 Sen 2023
  • Mənəvi Dəyərlərin Təbliği Fondunun - TENDER ELANI
    10:21 23 Sen 2023
  • Mədəniyyətin inkişafına yönələn təlim və tədbirlər ilə bağlı - TENDER ELANI
    10:19 23 Sen 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:16 23 Sen 2023
  • Mingəçevirdə təmir işləri ilə bağlı – BÖYÜK TENDER ELANI
    10:08 23 Sen 2023
  • Aqrar Xidmətlər Agentliyi elan etdiyi tenderə – YEKUN VURDU
    10:06 23 Sen 2023
  • 3,5 milyon manatlıq tender “As Texnika” MMC-yə verildi  – TENDER NƏTİCƏSİ
    10:05 23 Sen 2023
  • Təhsil müəssisəsi dəfətrxana və təsərrüfat malları alır – TENDER NƏTİCƏSİ
    10:03 23 Sen 2023
  • Ağdamda işləmək üçün işçilər axtarılır - MAAŞ 800-900 MANAT - VAKANSİYALAR
    20:57 22 Sen 2023
  • "Bank BTB" işçi axtarır - VAKANSİYA
    20:54 22 Sen 2023
  • "Norm Sement" işçilər axtarır - VAKANSİYALAR
    20:48 22 Sen 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:42 22 Sen 2023
  • Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 1500-2000-2500 MANAT- VAKANSİYALAR
    20:38 22 Sen 2023
  • "Bravo" işçi axtarır - VAKANSİYA
    20:35 22 Sen 2023
  • "Xaçmaz Aqropark" işçi axtarır - VAKANSİYA
    20:30 22 Sen 2023
  • Azərbaycan Dəmir Yolları işçilər axtarır - VAKANSİYALAR
    20:27 22 Sen 2023
  • "Muğanbank" işçi axtarır - VAKANSİYA
    20:23 22 Sen 2023
  • "AzerGold" CJSC işçi axtarır - VAKANSİYA
    20:12 22 Sen 2023
  • Hər il  «iPhone» almaqdansa, pulu «Apple»nin səhmlərinə yatırıb – NƏ QƏDƏR QAZANMAQ OLARDI? – HESABLAMA
    18:54 22 Sen 2023
  • "AzəriMed" şirkəti işçilər yığır - VAKANSİYALAR - ƏLAQƏ NÖMRƏSİ
    18:30 22 Sen 2023
  • Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai - DİNLƏMƏ KEÇİRİLƏCƏK
    18:28 22 Sen 2023
  • Sosial Xidmətlər Agentliyinin 4 milyon manatlıq tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
    18:23 22 Sen 2023
  • “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat - SƏRFƏLİ OLDU!
    18:19 22 Sen 2023
  • “AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir - CƏDVƏL
    18:06 22 Sen 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    17:52 22 Sen 2023
  • Marketlərdə məhsullar - UCUZLAŞA BİLƏR
    17:37 22 Sen 2023
  • Türkiyə 8 ayda 37 milyon nəfərə yaxın turist - QƏBUL EDİB
    17:29 22 Sen 2023
  • Təhsil Nazirliyinin növbəti - TENDER ELANI
    17:24 22 Sen 2023
  • Azərbaycanda investisiya şirkətinin Müşahidə Şurasının - SƏDRİ DƏYİŞDİ
    17:17 22 Sen 2023
  • Dövlət qurumu elektrik mühərriklərinin satın alınmasına 721 min manat xərc çəkəcək – TENDER NƏTİCƏSİ
    17:08 22 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!