SOCAR "Odessa Liman Zavodu" ASC-nin (kimya məhsullarının istehsalı üzrə müəssisə) özəlləşdirilməsində iştirak edə bilər.
Eləcə də bax: Ukraynada ən böyük şirkəti - AZƏRBAYCANLILAR ALIB
FED.az xəbər verir ki, bu barədə məlumatı zavodun direktorunun birinci müavini Nikolay Şürikov "Facebook" səhifəsində paylaşıb.
Onun sözlərinə görə, bu ilin yanvarın 29-da Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Boqdan, Ukrayna Dövlət Əmlak Fondu sədrinin müavini Sergey İqnatovski və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında şirkətin nümayəndə heyəti "Odessa Liman Zavodu"nu ziyarət ediblər. Görüşdə Azərbaycan şirkətinin "Odessa Liman Zavodu"nun qarşıdakı özəlləşdirilməsində mümkün iştirakı məsələləri müzakirə edilib. Qonaqlar zavodu ziyarət edərək müəssisənin rəhbərliyi ilə rəsmi görüş keçiriblər.