FED.az xəbər verir ki, 2019-cu ildə Ukrayna üçün ən böyük biznes sövdələşmələrinin siyahısı açıqlanıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, bu sövdələşmələr telekommunikasiya, farmaseptika, daşınmaz əmlak, satınalmalar, “yaşıl enerji” və aqrobiznes sahələrini əhatə edir.
Eləcə də bax: “NEQSOL Holdinq” cəlb etdiyi 734 milyon dollar kredit ilə - UKRAYNADAKI OPERATORU ALIB
Siyahının ilk 10-luğuna Azərbaycan şirkətinin Ukraynaya yatırdığı investisiya başçılıq edir. Belə ki, ötən ilin II yarısında Azərbaycanın mobil operatoru “Bakcell” 734 mlilyon ABŞ dollarına “Vodafone Ukraine”nı alıb və bunun üçün Rusiyanın MTS operatoru ilə müqavilə imzalayıb.
Xatırladaq ki, bu alqı-satqı sövdələşməsi “Bakcell”in də tərkibinə daxil olduğu NEQSOL Holdinq şirkətlər qrupu ilə MTS arasında bağlanıb.
Report