Türkiyə tərəfindən qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər Trans-Anadolu kəməri (TANAP) üçün genişləndirmə imkanları yaradacaq.
SOCAR Türkiyə yatırılan investiyaların həcmini açıqladı - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edən Elçin İbadov İzmirdə təşkil olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyədə qaz resurslarının axtarışı, mayeləşdirilmiş təbii qaz stansiyalarının tikintisi və qaz xəttlərinin qurulması istiqamətində məqsədyönlü iş artıq 7 ildir gedir və davam etdirilir.
"Biz Türkiyənin bu istiqamətdəki potensialına inanırıq. Bu bizə imkan verəcək ki, TANAP-dan daha səmərəli istifadə edək", - Elçin İbadov qeyd edib.
Onun sözlərinə görə, hazırda TANAP xəttinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır.