FED.az xəbər verir ki, bunu SOCAR Türkiyə Baş İcraçı Direktoru Elçin İbadov (vəkalətən müvəqqəti icra edən) bu gün Petkimdə SOCAR Türkiyə və onun törəmə qurumlarının fəaliyyəti ilə bağlı Azərbaycan mediası üçün təşkil edilən mətbuat konfransında bildirib.
“Petkim” neft-kimya kompleksi satışlarını - 70% ARTIRIB
E.İbadovun sözlərinə görə, təkcə rəqəmsallaşmaya 70 milyon dollarlıq investiya qoyulub: "Yatırılan investisiyaların həcmi deyil, onun səmərəliliyi, əhəmiyyəti və davamlılığı daha vacibdir. Yatırılan investisiyanın rentabelliyi baxımdan düşünürəm ki, SOCAR Türkiyə yüksək nəticələr göstərib. Təbii ki, bazar şərtlərinin səmərəli olmağı, eyni zamanda müəyyən güzəştlərin olması bizə bu nəticələri əldə etməyə imkan yaratdı. Təkcə Star Neft Emalı Zavoduna 6,7 milyon dollarlıq investisiya qoyulub. Hazırda Türkiyənin petrol kimya bazarının 25%-i Star Neft Emalı Zavodunun, 12% isə Petkimin payına düşür.
E.İbadov bildirib ki, iki il bundan qabaq Petkimin bazar payı 18% təşkil edib. Azalmaya əsas səbəb isə Türkiyənin petrol-kimya bazarının böyüməsidir: "Ümumiyyətlə, bu göstərici ondan xəbər verir ki, Türkiyənin petrol-kimya bazarının potensialı daha böyükdür".
Qey edək ki, E.İbadov SOCAR Türkiyə Baş İcraçı Direktoru vəzifəsinə cari ilin fevral ayında təyin edilib.