12-13 dekabr 2022-ci il tarixlərində İstanbulun Haliç Konqres Mərkəzində Türkiyə İnnovasiya Həftəsi çərçivəsində “İnnovasiyanın Yeni Əsri’’ mövzusunda tədbir keçirilib.
FED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə bu ölkənin ən böyük sənaye holdinqi olan “SOCAR Türkiyə” texnologiya və innovasiya sahəsindəki uğurlu fəaliyyətlərinə, habelə Türkiyə İnnovasiya Həftəsi çərçivəsində göstərdiyi dəstəyə görə “Strateji Tərəfdaşlıq” mükafatına layiq görülüb. Mükafat Türkiyə Prezidenti tərəfindən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanova təqdim edilib.
SOCAR Türkiyədə qazma üzrə tenderin - QALİBİ OLUB
Türkiyə İxracatçılar Məclisi tərəfindən Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi ilə 2012-ci ildən etibarən həyata keçirilən İnnovasiya Həftəsi qlobal şirkətlərin nümayəndələrini, dövlət rəsmilərini, alimləri, habelə innovasiya sahəsində fəaliyyət göstərən tərəfdaşları bir araya gətirir.