Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Rosneft” şirkətinin “Vostok Oil” layihəsində iştirak etmək təklifinə baxacaq.
Eləcə də bax: SOCAR və “Romgaz” şirkəti - ANLAŞDI
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın rəhbəri Rövşən Nəcəf bildirib.
Bundan əvvəl “Rosneft”in rəhbəri İqor Seçin bildirmişdi ki, şirkət dostlarını layihə iştirakçıları arasında, o cümlədən SOCAR-ı görməkdən şad olacaq.
Nəcəf, SOCAR-ın təklifi nəzərdən keçirməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala belə cavab verib: "Bəli. Bütün təkliflər kimi nəzərdən keçiriləcək".
Seçinin sözlərinə görə, “Rosneft” “Vostok Oil” layihəsini qrafik üzrə həyata keçirməyə davam edir.
Taymırdə yerləşən "Rosneft"in flaqman layihəsi olan "Vostok Oil", Krasnoyarsk diyarının şimalında və Yamalo-Nenets Muxtar Dairəsində 13 neft və qaz yatağının yerləşdiyi ərazini əhatə edir. Layihənin ehtiyatları 6 milyard tondan çox maye karbohidrogenlər səviyyəsində qiymətləndirilir. "Vostok Oi"l layihəsinin iki yatağında - Payaxski və İççeminskidə ilk neft hasilatı 2024-cü ilə planlaşdırılır. (Marja)