Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" “Baykar” şirkətini “yaşıl enerji” ilə təmin edib.
SOCAR Türkiyə yatırılan investiyaların həcmini açıqladı - MƏBLƏĞ
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
"İki ilə yaxındır elektrik enerjisi verdiyimiz “Baykar”ın elektrik istehlakını 2023-cü ildə “yaşıl”a çevirdik. Beləliklə, “Baykar” elektrik enerjisindən istifadə nəticəsində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə şirkətdən bildirilib.
“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimovun "Baykar Technologies" şirkətinə səfəri zamanı Səlcuq Bayraktar və Haluk Bayraktar ilə əməkdaşlığın miqyası qiymətləndirilib.