Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Eləcə də bax: Dövlət Məşğulluq Agentliyində - TƏYİNAT OLUB
FED.az az xəbər verir ki, nazir Sahil Babayevin müaviq əmri ilə Elşən Səlim oğlu Əsədov işdən çıxarılıb.
Nazirin digər əmri ilə Səfərli Elnur Novruz oğlu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək.
“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin mətbuat katibi Fidan Cəfərova (Abdulzadə) bu barədə açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, Elnur Səfərli 1989-cü il fevralın 6-da Bakı şəhərində anadan olub. Türkiyədə apardığı “Proqramçıların səmərəliyinin ölçülməsi” elmi araşdırması Almaniyanın “Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunaraq, 40 ölkədə satışa çıxarılıb. 2015-ci ildə təhsil sahəsində “Gənclər Mükafatına” layiq görülüb və “İlin gənci” seçilib. (Qaynarinfo)