Bu ilin II rübündə SOCAR birbaşa istismar etdiyi yataqlarda 2 mln. tona yaxın neft və 2 mlrd. yaxın qaz hasil edib.
Eləcə də bax: SOCAR II rübün qazma, hasilat, emal və ixrac göstəricilərini - Açıqlayıb
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, hesabat dövründə hər iki göstərici üzrə illik müqayisədə 7% artım müşahidə edilib.
Məlumata görə, COVID-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.
Qeyd olunur ki, hesabat dövrü ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 mlrd. kubmetrə yaxınlaşmış, neft hasilatı isə azalaraq, 8,4 mln. ton təşkil edib. (Apa)